Haqqımızda

BAKIDA NİZAMİ GƏNCƏVİNİN 880 İLLİYİNƏ HƏSR OLUNAN
İŞIQ FESTİVALI KEÇİRİLƏCƏK

 

“İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihə çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.

3D audiovizual proyeksiya formatında baş tutacaq festival 3 gün boyunca – 14, 15, 16 oktyabr tarixlərində davam edəcəkdir. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə baş tutacaq festivalın əsas məqsədi öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

 

Nizami Light Festival

Bizim Bloq

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ

02.11.2021

NİZAMİ GƏNCƏVİ – HƏYATININ SON İLLƏRİ

Təşkilatçı

Dəstəyi ilə

Tərəfdaşlar