Daranın ölümü
Döyüş zamanı sərkərdələr öz şahlarını xaincəsinə öldürüb İsgəndərdən mükafat almağa tələsirlər. O, qatilləri tutub saxlamağı əmr edir, özü isə ölümcül şəkildə yaralanmış Daranın yanına gəlir.
Ölən şahın qalib İsgəndərlə söhbəti poemanın ən dramatik və təsirli hissələrindən biridir.
İsgəndər Daradan vəsiyyət etməyi xahiş edir. O, İsgəndərə dövləti və ailəsini əmanət edir.
Daranın qohumları tərəfindən xəyanətə uğraması və öldürülməsi İsgəndəri çox təsirləndirir. Bu, İsgəndərə qarşı da sevdikləri tərəfindən onunla eyni cür rəftar edə biləcəyinə dair bir işarə idi.
İskəndər Daranı öldürən qatilləri cəzalandırır.