Təxəyyülü sarsıdan işıq festivalları Yer kürəsinin müxtəlif guşələrində artıq neçə ildir ki, müvəffəqiyyətlə keçir və coğrafiyasını dayanmadan genişləndirərək hər dəfə minlərlə tamaşaçı cəlb edir. Əksər hallarda işıq festivallarının proqramları multimedia şousu və işıq instalyasiyalarından, yaxud da memarlıq və landşaft obyektlərinin bədii işıqlandırılmasından ibarətdir. Adətən bu cür festivallar ən baxımlı şəhər tədbirlərindən biridir. Sizə çox maraqlı dünya işıq festivallarının bəziləri haqda danışacağıq.
2. Berlin işıq festivalı – genişmiqyaslı tədbirdir. Festival 10 gün davam edir və gedişat zamanı şəhərin 70-dək tarixi və memarlıq abidələri işıq instalyasiyaları obyektinə çevrilir. Onların arasında Brandenburq qapıları, Alexanderplatz, “Qızıl Elza” zəfər sütunu, Berlin evinin, Berlin kilsəsinin və Perqamon muzeyinin fasadları da var. Festivalın ərazisində hərəkət etmək üçün çay tramvayından, velotaksidən, ekskursiya avtobusundan, hətta qondoladan istifadə edə bilərsiniz. Bundan başqa, minlərlə işıq saçan Berlinə hava şarı ilə uçuş zamanı da baxmaq olar.
3. Amsterdamda keçirilən işıq festivalını “sehirli 50 gün” kimi də təsvir etmək olar. Niderlandın paytaxtı müxtəlif rəngli işıq şüalarının və əcaib kompozisiyalarının hökm sürdüyü çarlığa çevrilir. Parıldayan və göy qurşağının bütün rəngləri ilə işıq saçan instalyasiyalar su aynasının üzərində açılan fantastik gülləri xatırladır. Dünyanın hər yerindən minlərlə insan işıqla incəsənət əsərinin yaranmasını öz gözləri ilə görmək üçün bura yollanır.
4. “Vivid Sydney” musiqi və işıq festivalı. Hər yay 18 günlük Avstraliyanın tarixi paytaxtının şəhər binaları al-əlvan kətanlara çevrilir, hər yerdə musiqi səslənir, işıqlar parıldayır və qeyri-adi instalyasiyalar şəhəri dünyada ən böyük incəsənət qalereyasına çevirir. Sidney opera teatrının damı festivalın ürəyidir, o, tədbirin keçirilməsi müddətinə işıq instalyasiyaları üçün əsas məkana dönür. Eyni zamanda bir neçə meydançada konsertlər, görüşlər və yaradıcı insanların öz təcrübələrini bölüşdüyü master-klasslar keçirilir.
5. Yapon şəhəri Kuvanada işıq festivalı – təəccübləndirir, ovsunlayır və çox ilhamlandırır. Festivalın keçirilməsi zamanı “Nabana no Sato” botanika bağı yüz minlərlə LED lampalarla bəzənir və onlar bağın oranjereyalarında rəngbərəng işıqlarla parıldayır. Bu lampaların köməyi ilə hətta təcrübəli tamaşaçının təxəyyülünü sarsıdan müxtəlif işıq əsərləri və instalyasiyalar yaradılır. Bütün lampalar gün ərzində enerji toplayan günəş batareyalarının hesabına qidalanır. Ən heyrətləndirən instalyasiyalardan biri — işıq tunelidir və orada çəkilən şəkillər inanılmaz alınır. Bu heyrətləndirən gözəlliyə baxmaq üçün hər il minlərlə turist yığışır.
Həyatı yeni emosiyalarla və parlaq təəssüratlarla zənginləşdirmək üçün adi günlərdə belə bayram etmək səbəblərini tapmaq əhəmiyyətlidir. Məsələn, Birinci Bakı işıq festivalını ziyarət etmək və həyatın heyrətamiz hadisələrlə dolu olmağına həmişəlik əmin olmaq