NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR
Futurologiya müasir texnoloji, iqtisadi və sosial tendensiyaları nəzərə alaraq gələcəyin proqnozlaşdırılması haqqında elmdir.
Nizami Gəncəvinin əsərlərində də futuroloji ideyalar az deyil. “Leyli və Məcnun” poemasının kökündə dayanan eyniadlı ərəb rəvayətində Məcnun ilə Leyli mal-qara otaran ailədəndirlər, elə uşaqlar axurda tanış olurlar. Nizaminin qəhrəmanları olan Leyli ilə Məcnun isə qızların oğlanlarla bir məktəbə gedən, bir auditoriyada dərs oxuyan cəmiyyətin övladlarıdır. Bu ideya orta əsrlər üçün istər Qərbdə, istərsə də Şərqdə inanılmaz idi, lakin Nizami bunun mümkünlüyünə inanır və istedadı hesabına oxucuları da inandırır.
“İskəndərnamə” poemasında İskəndər güclü düşmənlə vuruşmalı olur. Düşmənə qalib gəlmək üçün yeni hərbi texnika – “dəmir döyüşçülər” icad edilir. Nizaminin təsvirindən aydın olur ki, dəmirdən döyüşçü və onların atları düzəldilir, onbların içləri boş olur və təkərlər vasitəsilə hərəkət edir. Onalrı arxada gedən döyüşçü idarə edir. “Dəmir döyüşçülər” düşmənə çatanda nizələrin ağızlarından od-alov püskürməyə başlayır və düşməni məhv edirlər.
Bu nədir?
Faktiki olaraq, Nizaminin təsvir etdiyi “dəmir döyüşçülər” özüyeriyən məsafədən idarə olunan pilotsuz dron, düşməni atəş vasitəsi ilə məhv edən zirehli texnika növüdür.