main-logo-transparentmain-logomain-logo-transparentmain-logo
  • Festival
  • Haqqımızda
  • Məkan
  • Bloq
  • Tərəfdaşlar
Azərbaycan
  • Ingilis
  • Rus
11.10.2021
Kateqoriyalar
  • Kateqoriyasız
Teqlər

Keçmiş və indiki zamanın görüşü

Şəhərin mərkəzi küçələrində kitab şəklində üç metrlik instalyasiyalar quraşdırılıb. Onlar böyük yazıçı Nizami Gəncəvinin yubileyinə, eləcə də 14-17 oktyabr tarixində şəhərdə keçirilən İşıq Festivalına həsr olunur.

Kitablarda həm orta əsr ustalarının, həm də müasir rəssamların təqdimatında Nizaminin əsərləri əsasında yazılmış ən məşhur süjet miniatürləri təsvir edilmişdir. Beləliklə, dövrümüzün sənətkarlarının əsərlərində əks olunan orta əsr miniatürləri yeni bir nəfəs və ikinci bir həyat tapdı. Qeyd edək ki, layihədə müxtəlif janrlarda çalışan rəssamlar iştirak edir.

Bu qurğular bir daha təsdiq edir ki, Nizaminin əsərləri ölməzdir, əsərlərində toxunduğu mövzular bu gün üçün aktualdır və yalnız ideyanı həyata keçirmək üslubu ilə fərqlənir.

Aşağıdakı ünvanları ziyarət edərək kitabları görə bilərsiniz:

  • Dənizkənarı Bulvar (Saat gülləsinin yanı)
  • Dənizkənarı  Bulvar (Park Bulvar T/m yanı)
  • Dənizkənarı Bulvar (Deniz Mall T/m yanı)
  • Nəsimi Bağı
  • Nizami küç. ilə Mərdanov qardaşlar küç.kəsişməsi
  • Fəvvarələr Meydanı ( Milli Azərbaycan Ədəbiyyatı Muzeyin yanı)
  • Nizami küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsi
  • Gubernator Bağı ( İçəri Şəhər metrosunun yanı)
  • Huseyn Cavid Parkı

 

Paylaş

Əlaqəli yazılar

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİ – HƏYATININ SON İLLƏRİ


Daha ətraflı
© 2021 LIGHT FESTIVAL NIZAMI GANJAVI | Amapola Exclusive Events