main-logo-transparentmain-logomain-logo-transparentmain-logo
  • Festival
  • Haqqımızda
  • Məkan
  • Bloq
  • Tərəfdaşlar
Azərbaycan
  • Ingilis
  • Rus
07.10.2021
Kateqoriyalar
  • Kateqoriyasız
Teqlər

Miniatür sənəti

Miniatür kiçik ölçüsü və xüsusi işləmə texnikası ilə seçilən təsviri sənət əsəridir. Bir çox məktəblər arasında XV-XVI əsrlərdə çiçəklənən Təbriz miniatür məktəbi öz xüsusiyyətləri ilə fərqlənirdi. Məşhur alman sənətşünası F.Schultz, qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına böyük təsir göstərən Təbriz məktəbini “Mutter Schule” adlandırmışdı.

Nizami Gəncəvinin “Xəmsə”si sənətklarlar üçün tükənməz bir xəzinə oldu. Miniatürlərin hər birində gündəlik həyat səhnələri, döyüş səhnələri, bayram səhnələri, sevgi səhnələri, təbiət təsvirləri var. Buna görə də sənətkarlar bütün bacarıqlarını ortaya qoyaraq Nizaminin poemalarını məmnuniyyətlə təsvir edirlər.

Kitab miniatür sənəti çox bahalı bir istiqamət idi. Bu sənət əsasən Azərbaycan hökmdarlarının himayəsi sayəsində inkişaf etmişdi. Təsadüfi deyil ki, ən yaxşı miniatür rəssamları hökmdarların sarayında və kitabxanalarında fəaliyyət göstərirdilər. Bu da bahalı materiallardan – yüksək keyfiyyətli kağızlardan, boyalardan, fırçalardan istifadəyə gətirib çıxarırdı. Bunun sayəsində də əsrlər boyu kitab miniatürləri təravətini və cazibədarlığını qoruyub saxlaya bilmişdir.

2020-ci ildə UNESCO Azərbaycanın miniatür sənətini bəşəriyyətin qeyri -maddi mədəni irsinin şah əsərlərindən biri elan etdi.

Paylaş

Əlaqəli yazılar

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİ – HƏYATININ SON İLLƏRİ


Daha ətraflı
© 2021 LIGHT FESTIVAL NIZAMI GANJAVI | Amapola Exclusive Events