Klassik ədəbi məktəbin banisi, böyük şair və mütəfəkkir olan Nizami Gəncəvinin 880-illiyi ilə əlaqədar, yanvarın 5 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili ölkədə “Nizami Gəncəvi ili” elan edib.
Fars dilindən hərfi tərcümədə Nizami «Sözləri nizama düzən» anlamına gəlir, şairin əsl adı isə İlyas ibn Yusuf olub. O, o vaxtın mədəni mərkəzlərindən biri olan, Gəncə şəhərində XII əsrdə yaşayıb və yaradıb.
Nizami Gəncəvi 1141-ci ildə ilahiyyatçı alim ailəsində anadan olub və əsərlərinin məzmunundan da görünür ki, hərtərəfli fəlsəfə və filologiya təhsili alıb. Doğma Azərbaycan dili ilə yanaşı o, elm və din dili olan ərəb dilini, şeir dili olan fars dilini bilib, həmçinin, riyaziyyatı, cəbri, həndəsəni, astronomiyanı, tibbi, məntiqi və tarixi öyrənib.
Şərq İntibahının banisi Nizami Gəncəvinin əsərləri ümumbəşəri mirasdır, Şərqin poeziyası öz başlanğıcını məhz Nizaminin yaradıcılığından götürür. Nizami Gəncəvi Şərq poeziyasının klassikidir, orta yüzililk Şərqinin böyük yaradıcılarından biridir, Şərq epik poeziyasına danışıq dili və realist üslubu gətirmiş görkəmli romantik şairdir. Nizami orta yüzillik Şərqinin aparıcı şairlərindən biri kimi tanınıb, qələm qardaşları arasından yüksələrək, mistisizmi, romantikanı əhatə edib.
Nizami Gəncəvi ən yüksək ideyalara, humanizmə və ədalətə xidmət edib. O, hər şeydən üstün mənəvi sərvəti tutub.
Nizamini bütün dünyaya tanıdan epik poemalar toplusu olan “Xəmsə”dir (“Beşlik”). Lirik şairin yaradıcılığı uzun əsrlər boyu bir çox şairləri ihamlandırıb, və bu gün də ustadın əsərləri dünya mədəniyyəti xəzinəsində xüsusi yer tutur. Məsələn, Nizaminin “Yeddi gözəl” poemasının süjeti Cakomo Puççininin “Turandot” operasının yazılmasına səbəb olub.
Nizaminin dahisini araşdırıb, populyaşdırılmasına həm Azərbaycanda, həm bütün dünyada çox böyük diqqət yetirilir. Nizaminin doğma şəhəri olan Gəncədə onun məqbərəsi var, Bakıda, Sankt-Peterburqda, Daşkənddə, Romada isə şairə abidələr qoyulub. Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. 2012-ci ildə Azərbaycanda Nizami Gəncəvi Beynəlxalq mərkəzi açılıb və 2018-ci ildən mərkəzin filialı Oksford universitetində uğurla öz fəaliyyətini həyata keçirir.
Mübaliğə etmədən demək olar ki, Nizami bəşəriyyətin ən böyük şairləri ilə eyni sırada layiq olduğu yeri tutur və onun əsərləri həm bizim üçün, həm də gələcək nəsillər üçün daima ilham mənbəyi olacaq. Məhz bu səbəbdən Bakıda keçirilən Birinci işıq festivalının konsepsiyasının bünövrəsinə ölməz dahinin əsərləri qoyulub.