main-logo-transparentmain-logomain-logo-transparentmain-logo
  • Festival
  • Haqqımızda
  • Məkan
  • Bloq
  • Tərəfdaşlar
Azərbaycan
  • Ingilis
  • Rus
02.11.2021
Kateqoriyalar
  • Kateqoriyasız
Teqlər

NİZAMİ GƏNCƏVİ – AZƏRBAYCAN ŞAİRİ

Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı zaman-zaman falsifikasiyalara tuş gəlir. Belə ki, şairin fars olması, İranın Qum şəhərində anadan olması, yalnız sovetlər dönəmində (yəni, 1920-ci ildən sonra) onun “azərbaycanlaşdırılması” kimi fərziyyələr ortaya atılmaqdadır. Lakin, bu uydurmaları təkzib  edən  tutarlı faktları təqdim edirik:

  • 1923-cü ildə məğbərədə qazıntılar aparılarkən müəyyən edilmişdir ki, şairin qəbri gümbəzvari örtüyün altında, göy rəngli torpaqdadır, cənazə isə palıd tabuta qoyulmuşdur. Belə dəfn isə sırf türklərə xas olan dəfn adətidir.
  • Nizaminin əsərlərinin nəyə görə fars dilində yazmasını tədqiqatçılar o dövrdə mövcud olan ədəbi ənənə ilə izah edir.
  • Şairin guya Qum şəhərində anadan olması faktı da təkzib olunmuşdur: sübut edilmişdir ki, bu fakt şairin XIII – XVII əsr əlyazmalarında rast gəlinmir.
  • Şairin “azərbaycanlaşdırılmasının” Stalin dövrü ilə əlaqədə olmasını tarixi faktlar da təkzib edir. Hələ A. Bakıxanov (XIX əsrin 20-40-cı illərində) “Gülüstani İrəm” əsərində, M. F. Axundzadə (1909-cu ildə) “Şeyx Nizami” kitabında, M. Ə. Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində Nizamini Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi göstərirlər.
Paylaş

Əlaqəli yazılar

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİ – HƏYATININ SON İLLƏRİ


Daha ətraflı
© 2021 LIGHT FESTIVAL NIZAMI GANJAVI | Amapola Exclusive Events