Nizami Gəncəvinin əsl adı İlyas, atasının adı Yusif, babasının adı Zəki olub. Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçib. “Nizami” – “sözləri mirvari kimi nəzm etmək”, “ölçülü nitq” deməkdir.
Onun əsərlərini təhlil edən tədqiqatçıların fikrincə, Nizami ziyalı ailəsində böyüyüb və hərbi aristokratiya, və ya kəndlilərlə heç bir əlaqəsi olmayıb.
Nizaminin biliklərinin genişliyi və dərinliyi ailəsinin onu hökümdara xidmət etmək üçün hazırladığından bəhs edir. O, yüksək saray rütbəsinə iddia etmək üçün bütün imkanlara malik olub, poetik istedadı isə ona sarayda müvəfəqiyyət qazanacağına zəmanət verə bilərdi.
Saray karyerasından hansı səbəblərə görə imtina etdiyi haqda heç bir məlumat yoxdur, lakin məlumdur ki, ailənin firavan maddi vəziyyəti ona lirik əsərlər yaratmağa imkan verib və bu əsərlərin müvəfəqiyyəti Nizamini şair olmaq fikrində möhkəmləndirib. Hesab olunur ki, Nizami 20 min lirik beyt yazıb və onlar şairin ölümündən çox-çox sonra “Divan”a (hərfən “Toplu”) birləşdiriliblər.