main-logo-transparentmain-logomain-logo-transparentmain-logo
  • Festival
  • Haqqımızda
  • Məkan
  • Bloq
  • Tərəfdaşlar
Azərbaycan
  • Ingilis
  • Rus
20.09.2021
Kateqoriyalar
  • Kateqoriyasız
Teqlər

NİZAMİNİN UŞAQLIĞI VƏ CAVANLIĞI

Dəqiq məlumdur ki, Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olub. Bu tarixə şairin özü “Xosrof və Şirin” poemasında “Kitab üçün üzr” bölməsində işarə edir.

Yazdığı əsərlərdən görsənir ki, Nizami adi məktəb və mədrəslərin verdiyindən daha geniş təhsil almışdır. Deməli, Nizami ona əlavə təhsil verə biləcək qədər imkanlı ailədə doğulmuşdur. Gənc illərdə, hələ o qədər də məhşurlaşmadığı zamanda, lirik şeirlər yaratmaq üçün, şairin həm asudə vaxtı, həm də maddi imkanları olmalı idi. Qeyd edək ki, o dövrdə yazı ləvazimatları (kağız, mürəkkəb) ən bahalı mallar siyahısında idilər.

Nizaminin əsərləri onun ərəb və fars dillərini, şəriət və əxlaqı (etika haqqında elm) mükəmməl bildiyindən dəlalət edir. Antik xadimlərin işlərindən istifadə etdiyi sitatlar, hətta Əflatunun “Dövlət” əsərinə aid polemikası, onun antik filosofların işlərinin tərcümələri ilə tanış olduğundan danışır. Bundan başqa Nizami astronomiya, astrologiya, riyaziyyat, kimya, coğrafiya, tarix, təbabət haqqında geniş biliklərə malik idi. Baxmayaraq ki, Nizami bir çox elm sahələrinə bələd olub, tədqiqatçılar onun alim yox, daha çox islam fəlsəfi fikrini yaxşı bilən filosof və gnostik olduğunu hesab edirlər.

Paylaş

Əlaqəli yazılar

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİ – HƏYATININ SON İLLƏRİ


Daha ətraflı
© 2021 LIGHT FESTIVAL NIZAMI GANJAVI | Amapola Exclusive Events