main-logo-transparentmain-logomain-logo-transparentmain-logo
  • Festival
  • Haqqımızda
  • Məkan
  • Bloq
  • Tərəfdaşlar
Azərbaycan
  • Ingilis
  • Rus
25.10.2021
Kateqoriyalar
  • Kateqoriyasız
Teqlər

Nüşabə İsgəndərə onun rəsmini göstərir

Azərbaycanda İsgəndər öyrənir ki, Bərdəni Nüşabə adlı qadın idarə edir, onun sarayında ancaq gözəl qızlar xidmət edirlər, ora kişi ayağı dəymir. Bunu yoxlamaq üçün, İsgəndər libasını dəyişir. Nüşabənin sarayına gəlib özünü Makedoniyalı şahının elçisi kimi qələmə verir.

Lakin ağıllı, fərasətli Nüşabə görür ki, elçi saraya “qorxmaz aslan” kimi daxil oldu. Taxt qarşısında elçi tək səcdə etmədi. O, İsgəndərin fəndini anlayır və şahın çoxdan çəkilmiş şəklini gətirməyi əmr edir. İsgəndər Nüşabənin fərasətinə heyran qalıb, kim olduğunu boynuna alır.

Nüşabə şöhrətli qonağın şərəfinə şəhanə bir məclis düzəldir. Onun qarşısına ləl, qızıl ilə dolu kasalar qoyur. İsgəndər deyəndə ki, bunlar yeyilməz bizə elə yemək ver ki, mədəmiz dolsun, Nuşabə gülərək deyir:

“Daşın ki, boğaza yolu yox daha,
Faydasız, yaramaz belə daş üçün
Bu qədər vuruşmaq, çarpışmaq neçin?”

 

Paylaş

Əlaqəli yazılar

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİ – HƏYATININ SON İLLƏRİ


Daha ətraflı
© 2021 LIGHT FESTIVAL NIZAMI GANJAVI | Amapola Exclusive Events