“Xəmsə”nin əl yazmasında yer almış “Nuşirəvan və bayquşların söhbəti” miniatürü fars rəssamı Mir Musavvir tərəfdən 1539-43 illərdə I Şah Təhmasib üçün yaradılıb və “Sirlər xəzinəsi”nin ən məhşur hekayələrindən birinə həsr olunub.
Miniatürdə öz təsvirini tapan süjet bir gün şah və vəzirin ov vaxtı viranə olmuş kənddən keçən zaman, iki bayquşun səs-səsə verib ulamaqlarını eşitdikdiklərindən bəhs edir. Şah vəzirinə bayquşların söhbətini tərcümə etməsini əmr edir.
Vәzir cavab verdi ki: «Zamana şaһsan özün,
Hәr һikmәtdәn, һәr sirdәn çoxdan agaһsan özün.
Sәslәri nә müsibәt, fәlakәt salmır yada?
Nigaһ-kәbin, cer-ceһiz söһbәti var arada.
Bu quş onun oğluna әrә verir qızını,
İndi başlıq istәyir işә salıb ağzını:
«Bu xaraba kәnd nәdir, bir qıza azdır»,– deyir.
«Kәbin һaqqı» bir neçә xaraba yazdır»,– deyir.
Elçi gәlәn quş deyir: «Şәrikәm һәr sözünә,
Şaһın zülmkarlığı bәllidir yer üzünә.
Qanlar tökәn görürәm şaһı gündә yenә mәn.
Yüz min belә xaraba kәnd verәrәm sәnә mәn».
Bu sözlər şahı od kimi yandırdı. O, çox kədərləndi, xalqına verdiyi əzab-əziyyəti anladı, peşman oldu və bundan sonra haqsızlığa birdəfəlik son qoyub, müdrik, ədalətli, xeyirxah hökmdara çevrildi.
Beləliklə, poetik formada ifadə edilmiş sadə fəlsəfi hekayə vasitəsi ilə Nizami həm Orta əsrlər dövrünün hadisələrini, həm də xalqın müdrik hökmdar haqqında sadəlövh xəyallarını əks etdirmiş oldu.