main-logo-transparentmain-logomain-logo-transparentmain-logo
  • Festival
  • Haqqımızda
  • Məkan
  • Bloq
  • Tərəfdaşlar
Azərbaycan
  • Ingilis
  • Rus
12.10.2021
Kateqoriyalar
  • Kateqoriyasız
Teqlər

Zalım şahla doğru danışan qocanın hekayəti

Nizaminin humanist idealları, məzlumlara və binəsiblərə olan demokratik simpatiyaları xalqa yaxınlığından irəli gəlir. Xalq qəzəbinin mövzusu “Zalım şahla doğru danışan qocanın hekayətində” çox kəskin şəkildə səslənir. Hekayədə feodal dövlət quruluşunun və şərq zülmkarlığının bütün iyrənc mahiyyəti açıq göstərilib. Ən dürüst insanlara böhtan atan xəbərçilərlə ölkəni dolduran zülmkar padşahın görkəmsiz obrazı təsvir edilib. Belə yalançılardan biri bir qocanın şahı söyüb biyabır etdiyini, onun cəllad olduğunu deməyini şaha xəbər verir. Şah qəzəblənir və həmin qocanın hüzuruna gəlməsini tələb edir. Qoca kəfənə bürünüb, şahın hüzuruna gəlir. Şahı qocanın mərdliyi və cəsarəti çox təəccübləndirir. O düz danışan qocanı buraxır, öz haqsızlığını dərk edib, ədalətli hökmdar olur.

Paylaş

Əlaqəli yazılar

02.11.2021

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ FUTUROLOJİ İDEYALAR


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİNİN MƏĞBƏRƏSİ


Daha ətraflı
02.11.2021

NİZAMİ GƏNCƏVİ – HƏYATININ SON İLLƏRİ


Daha ətraflı
© 2021 LIGHT FESTIVAL NIZAMI GANJAVI | Amapola Exclusive Events