YEDDİ GÖZƏL
Bəhram ərəb hökmdarı Nemanın sarayında yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin şəkillərini görür və aşiq olur.
Atasının ölümündən sonra Bəhram İrana qayıdır və taxta çıxır. Yeddi şahzadənin axtarışına başlayır, onları tapır və evlənir. Yeni arvadlarının hər biri üçün onların gəldikləri ölkələrə təsir edən planetlərin rənginə uyğun möhtəşəm saraylar inşar edir.
Bəhram yeddi gözəlin yanına bu qaydada gəlir: birinci gün şənbədən başlanır. O, Zühəl ulduzu ilə əlaqədar və qara rənglə həmahəngdir. Həmin gün Bəhram qara libasda qara künbəzə, Hindistan şahzadəsinin yanına gedir, şahzadə qız ona şahın məhəbbət macərasından danışır.
Bazar günü – Sarı günbəzə (Günəş), Bizans gözəlinin yanında;
Bazar ertəsi günü – Yaşıl günbəzə (Ay), Xarəzm gözəlinin yanına;
Çərşənbə axşamı günü – Qırmızı günbəzə (Mərrix ulduzu), slavyan gözəlinin yanına;
Çərşənbə günü – firuzə rəngli günbəzə (Ütarid ulduzu), məğrib gözəlinin yanına;
Cümə axşamı günü – səndəl rəngli günbəzə (Müştəri ulduzu), Çin gözəlinin yanına;
Cümə günü – Ağ günbəzə (Zöhrə ulduzu) İran gözəlinin yanına gedir.